Olay
Olay

Bir dövrün sonu - Həbs olundular...

Bir dövrün sonu  - Həbs olundular...

Bir müddətdir ki, gündəmdən düşməyən türk fenomen Dilan Polat və bir neçə ailə üzvü həbs olunub. 

OLAY yazır ki, məhkəmənin yekun nəticəsinə əsasən Polat və Doğu ailəsinin arasında  yer aldığı 12 nəfər “Cinayət məqsədilə təşkilat yaratmaq”, “Vergi qaydalarını pozmaq”, “Mal varlığı dəyərlərini gizlətmək” kimi maddələrlə azadlıqdan məhrum ediliblər.

Onlar Silivri Marmara Həbsxanasına göndəriliblər. D. Polatın məhkəmə zamanı halının dəyişdiyi və “Oğlum, sənə kim baxacaq” deyə üsyan etdiyi bildirilib.

Bundan başqa Polat məhkəmədən çıxarkən jurnalistlərə “Günahsızıq” açıqlamasını verib.

Xatırladaq ki, Polat cütlüyünün Nilda adlı qızları, Milan Efe adlı oğlan övladları var. Hazırda uşaqlar Engin Polatın anasının himayəsindədir.