Olay
Olay

Ancelina Coli: "Qəzza kütləvi məzarlığa çevrilir"

Ancelina Coli: "Qəzza kütləvi məzarlığa çevrilir"

"Bu, qaçmağa yeri olmayan tələyə düşmüş əhalinin qəsdən bombalanmasıdır. Qəzza təxminən iyirmi ildir açıq hava həbsxanası olub və sürətlə kütləvi məzarlığa çevrilir. Ölənlərin 40 faizi günahsız uşaqlardır. Bütün ailələr öldürülür". 

OLAY yazır ki, bu sözləri dünyaca məşhur aktrisa Ancelina Coli deyib. 

"Dünya seyr edərkən və bir çox hökumətlərin fəal dəstəyi ilə milyonlarla fələstinli mülki şəxs - uşaqlar, qadınlar, ailələr - kollektiv şəkildə cəzalandırılır, eyni zamanda beynəlxalq hüquqa zidd olaraq qida, dərman və humanitar yardımdan məhrum edilir" - deyə Coli vurğulayıb.