Olay
Olay

Məşhur aktrisanın boşandığı 6 il sonra bilindi

Məşhur aktrisanın boşandığı 6 il sonra bilindi

Aktrisa Meril Strip həyat yoldaşı, heykəltəraş Don Qummerdən 6 ildən çoxdur ki, ayrılıb. 

OLAY yazır ki, bu barədə aktrisanın nümayəndəsinə istinadən məlumat yayıb.

“Don və Meril altı ildən artıqdır ki, birlikdə deyillər. Onlar hər zaman bir-birlərinin qayğısına qalacaqlar, lakin hər biri öz həyatlarını yaşamağa qərar verib" - deyə açıqlamada qeyd edilib. 

Bu xəbər çoxlarını şoka salıb. Çünki bir neçə gün öncə "Princesa de Asturias" mükafatlandırma mərasimində Meril barmağında nikah üzüyü ilə görüntülənib. Lakin o, sonuncu dəfə 2018-ci ildə həyat yoldaşı ilə ictimaiyyət qarşısına çıxıb. Cütlük "Oskar" mərasimində iştirak edib.