"Aile" serialının son bölümündə Serenay Sarıkaya və Kıvanç Tatlıtuğun yataq otağı səhnəsi izləyiciləri qəzəbləndirib.
OLAY yazır ki, alt paltarında dayanan Aslanın ona baxan Devinə “Yuxarıya bax” deyərək xəbərdarlıq etdiyi səhnə üçün RTÜK-ə müraciət edirilib.
Sosial mediada paylaşılan səhnə izləyicilər arasında fikir ayrılığına səbəb olub. Bəziləri səhnənin normal olduğunu və ikisinin çox yaxşı davrandığını desə də, bəziləri "Bu necə ssenaridir? Kıvanç, bunu necə oynadın?" - deyə yazıblar.