Müğənni Alla Puqaçova və qızı Kristina Orbakayte yaşadıqları bağdakı estakadaya görə məhkəməyə verilib.
OLAY yazır ki, iddia 2023-cü ilin iyulunda müflis olmuş saratovlu iş adamı Anatoli Rıskov tərəfindən qaldırılıb.
O, məhkəmədən Puqaçova və Orbakaytenin torpaqlarının faktiki sərhədləri daxilində yerləşən tikintiləri sökməklə sahil zolağına sərbəst girişi təmin etməyi istəyib.
İddiada həmin şəxsin məşhurlarla əlaqəsinin və söküntünün konkret olaraq hansı tikililərə şamil edildiyi açıqlanmayıb.
Məhkəmə müraciəti qəbul edib və proses 31 okytabr tarixinə qeydə alınıb.
Ailəyə yaxın olan mənbə bildirib ki, söhbət Puqaçovanın bağındakı estakadadan gedir.