Rusiya estradasının primadonnası Alla Puqaçovanın qızı Kristina Orbakeyte Rusiyada səhnəyə çıxmaq üçün xüsusi tələblərini irəli sürüb.
OLAY yazır ki, hazırda Amerikada yaşayan Orbakaytenın tələbləri arasında gücləndirilmiş təhlükəsizlik, konsert zamanı pəncərələrin möhkəm bağlanması və çəkilişlərə qadağan olunması var.
İfaçı həmçinin yaxşı otel, yemək, biznes sinifi ilə uçuş və lüks avtomobillər istəyir.
K.Orbakaytenin digər şərti isə mühafizəçilərin səfər zamanı daim onun yanında olması, konsertlər zamanı asayişi təmin etməsi və çəkiliş cəhdlərini dayandırmasıdır.
Müğənni Kristina Orbakaitenin Rusiyada özəl konserti 50 min avroya, təxminən 5 milyon rubla başa gəlir.