Rusiyalı müğənni Filipp Kirkorov 2016-cı ildə “Eurovision”da həmkarı Sergey Lazarevin qələbəsinin oğurlandığını bildirib.
OLAY yazır ki, Kirkorov 2016-cı ildə həmkarının Rusiyanı ilk dəfə beynəlxalq musiqi müsabiqəsində təmsil edəndə bütün Avropanın Lazarevə səs verdiyini açıqlayıb.
"Lakin hamıya məlum olduğu kimi onun qələbəsi oğurlandı. "Eurovision"-da üçüncü yeri tutdu və müsabiqənin qalibi ukraynalı ifaçı Camala oldu" - deyə F.Kirkorov qeyd edib.