Olay
Olay

Blogerin 84 videosuna baxıb, 1 milyon təzminat istədi

Blogerin 84 videosuna baxıb, 1 milyon təzminat istədi

Çelyabinsk vilayətinin sakini bloger və aparıcı Nastya İvleyevanı məhkəməyə verib.

OLAY yazır ki, qadın aparıcının videolarına baxdıqdan sonra 1 milyon rubl mənəvi təzminat tələb edib. 

38 yaşlı qadın iddia edib ki, o, İvleyevanın 84 videosuna baxıb, jarqon və söyüşlərin çoxluğundan dəhşətə gəlib. 

Qadın həmçinin gənclərin onlara baxmaması üçün bloqqerin videolarının bütün platformalarda bloklanmasını tələb edib. 

Məhkəmə şikayətə baxıb və məzmunu ekspertizaya göndərib. 

Videodakı pozuntular təsdiqlənərsə, o zaman aparıcı iddia üzrə əlavə icraat üçün Çelyabinsk məhkəməsinə çağırılma ilə üzləşə bilər.