Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı millət vəkili Qənirə Paşayevanın səhhəti ilə bağlı məlumat əldə etmək üçün Mərkəzi Klinik Xəstəxanaya yollanıb.
OLAY yazır ki, səfir bu barədə öz “X” hesabında məlumat verib.
"Millət vəkili Qənirə Paşayevanın səhhəti ilə bağlı məlumat almaq, ailəsinə şəfa diləmək və dua etmək üçün Bakı Mərkəzi Klinika Xəstəxanasındayıq. Bu mübarək gecənin xatirinə Uca Allahımıza dua edirik ki, Qənirə xanım tez sağalsın, sağlamlığına qovuşsun" - deyə paylaşımda qeyd edilib.