Türkiyəli aktrisa Gupse Özay internetdə yayılan görüntüsü ilə bağlı açıqlama edib.
OLAY yazır ki, ötən il ana olan aktrisa sözügedən görüntünü "İnstagram" hesabında paylaşaraq bu sözləri yazıb:
"Övladımı dünyaya gətirəndən internetdə bu foto yayılıb. Bu biz deyilik. Uşaq da bizim deyil, fotoşopdur! Yəni, fotolarımızı birləşdiriblər. Mən övladımı makiyajlı, baxımlı dünyaya gətirməmişəm, inanın".
Qeyd edək ki, Gupse Özay aktyor Barış Arduçla ailəlidir.