"Bir ömür qaysaq tutmayan yaram, doya-doya boynuna sarıla bilmədiyim,kölgəsində güvənlə gəzə bilmədiyim ,qardaş deyəndə çatlayan dodağım, ürəyimin sızıltısı, yanğısı, torpaq payı qardaşım…"
OLAY yazır ki, bu sözləri aparıcı Vüsalə Əlizadə vəfat edən qardaşı ilə bağlı etdiyi paylaşımında yazıb.
"Mələklərlə qeyd etdiyin daha bir ad günün mübarək Can parçam, gözümün içinə həkk olan qəm dağım, bir ömürlük həsrətim, intizarım, torpaqda böyüyənim..." - deyə V.Əlizadə qeyd edib.