Aktrisa Farah Zeynep Abdulla PKK terror təşkilatı tərəfindən ölümlə təhdid edilib.
OLAY yazır ki, buna səbəb aktrisanın bir müddət öncə aktyor Yılmaz Güneylə bağlı işlətdiyi sərt ifadələr olub.
Farah “Twitter”də “Deyək ki, kinomuzda qadınları döyən, zorakılıq növləri ilə zəngin və silahlardan yaxşı istifadə edən ən yaxşı kişidir” – sözlərini yazıb.
Ölüm təhdidi alan aktrisa prokurorluğa müraciət edib.
Qeyd edək ki, Farah Zeynep Abdullanın sözügedən ifadələrinə görə, Yılmaz Güneyin ailəsi də aktrisadan şikayətçi olacağını açıqlamışdı.