Olay
Olay

Xoşqədəm: "Mənə atılan daşların üzərində rəqs edərək..."

Xoşqədəm: "Mənə atılan daşların üzərində rəqs edərək..."

“Böyük adamlar onlara atılan tənqid, daşlarından heykəllər qoyan insanlardır.  Möhtəşəmdir… Bu günə qədər gördüyüm bütün işlərdə o daşları çox gördüm, atanlar həyatlarında heç bir başarılı, adlarından bəhs etdirən işdə imzası olmayanlardır…”

OLAY yazır ki, bu sözləri aparıcı Xoşqədəm Baxşəliyeva baş prodüseri olduğu “Gizli yara” serialı haqda söz açarkən deyib. 

X.Baxəliyeva ona atılan daşlara heç vaxt fikir vermədiyini vurğulayıb: “Tam əksi enerji, güc aldım, o daşların üzərində rəqs edərək irəlilədim. Çox şükür, uğursuz heç bir işim olmadı. Allah böyükdür, çəkilən əməyi qarşılıqsız qoymur. Yolun düz, niyyətin təmizsə, uğur səninlədir”.

O, rejissor və aktyor Kənan Mahmudovla yeni işbirliyi qurduğunu və serial sektoru ilə bağlı planlarının olduğunu da vurğulayıb.