Olay
Olay

Reper törətdiyi qətl haqda mahnı yazdı, həbs edildi

Reper törətdiyi qətl haqda mahnı yazdı, həbs edildi

ABŞ-dan olan reper Kenjuan MakDaniel törətdiyi qətl ilə bağlı mahnı yazıb. 

OLAY yazır ki, Las-Veqas polisi iki il əvvəl baş vermiş qətlə görə 25 yaşlı ifaçını həbs edib. 

Onlara reperin videoklipi kömək etdi. O, orada cinayətin təfərrüatlarını açıqlayıb. 

MakDaniel 2021-ci ilin payızında 32 yaşlı Rendall Vallei tapança ilə vuraraq öldürüb. 

İsti izlərlə cinayətin üstünü açmaq mümkün olmayıb. Daha sonra Los-Ancelesdə silah tapılıb və daha sonra MakDanielin qətl haqqında ətraflı bəhs edən klipi yayımlanıb.