Məşhur aktyor Kevin Kostner 18 illik həyat yoldaşı Kristin Baumqartnerdən boşandıqdan sonra aliment qalmaqalı ilə gündəmə gəlib.
OLAY yazır ki, məhkəmə Kostnerin həyat yoldaşına müvəqqəti olaraq 129 min dollar aliment ödənilməsinə qərar verib.
Lakin Kristin Baumqartner alimentin 161 min dollara qədər artırılmasını, Kostner isə aşağı salınmasını tələb edib.
Cütlük arasındakı aliment iddiası yekunlaşıb. Kostner mübarizədən qalib gəlib.
Məşhur aktyorun üç övladı üçün ödəyəcəyi məbləğ 63 min dollara endirilib.