Müğənni Emrahın küsülü olduğu və görüşmədiyi oğlu Tayfun Ərdoğan bir müddət əvvəl Eda İrapla ailə həyatı qurub.
OLAY yazır ki, atasının ona zəng etmədiyini deyən Tayfun Ərdoğan Acun Ilıcalıya şok etiraflar edib.
"Uzun müddət Acun Ilıcalını gözlədim, gəlmədi. Toy dəvətnaməmi göndərdim. Gəlmədi, zəng etmədi. Üzərimdə əziyyəti çoxdur. Toyumda iştirak etməyini istəyərdim. Məni “Survivor”a çağıranda onun gözləntisi məndən böyük idi. Düşünürəm ki, onun gözləntisini doğrulda bilmədim, onu məyus etdim. Bəlkə də ona görə gəlmədi" - deyə Tayfun bildirib.