"Hayat devam ediyor" serialında azyaşlı gəlin rolu ilə şöhrət qazanan aktrisa Meltem Miraloğlu özündən 48 yaş böyük Patrik Qredi ilə ailə həyatı qurması uzun müddət gündəm olub.
OLAY yazır ki, ailə qurduqdan sonra süni mayalanma müalicəsinə başlayan cütlük 4 dəfə uğursuzluqla qarşılaşıb. Miraloğlunun həyat yoldaşı ilə 5-ci dəfə eyni müalicəyə başladığı iddia edilib.
ABŞ-da məskunlaşan 36 yaşlı Meltem Miraloğlu bu dəfə "İnstaqram" hesabında etdiyi paylaşımla gündəmə gəlib. O, həyat yoldaşının aldığı üzüyü izləyicilərinə nümayiş etdirib.