“Hər kəsin bildiyi kimi, Sem və mən artıq bir yerdə deyilik. 6 il münasibət üçün böyük vaxtdır, ona görə də bir az şokdayam".
OLAY yazır ki, bu sözləri həyat yoldaşı Sem Asqari ilə boşanma ərəfində olan məşhur müğənni Britni Spirs deyib.
O, "İnstagram" hesabındakı paylaşımı boşanmanın səbəblərinə aydınlıq gətirmək üçün etmədiyini bildirib: "Düzünü desəm, bunun heç kimə dəxli yoxdur! Halbuki mən artıq bu ağrıya dözə bilmirəm. Telepatik bir şəkildə ürəyimi əridən çoxlu mesajlar alıram. Çox sağ olun!”