“Hər gün eyni saatda Babək prospektinin sonunda bu möhtəşəm tıxaca düşməyəndə, elə bilirəm günü yaşamamışam”.
OLAY yazır ki, bu sözləri müğənni Elvin Mirzəzadə “İnstagram” hesabında yazıb.
“Necə gözəl hissdir, ilahi 1 saat tıxacda qalmaq, əsrarəngiz siqnal səslərini eşitmək. Hələ bu yolu bağlayanlara verilən xeyir-duaları eşitmək. Yeni insanlar tanıyırsan. Bayaqdan yol kənarında dayanıb limon satan bibi ilə tanış oldum. Bayaqdan dərdləşirik. Bir az keçsə, qohum olacağıq. Allah bu tıxacları bizə çox görməsin” – deyə ifaçı bildirib.