Olay
Olay

"Nikosayağı" haqda: "Çox ağır cəzalanıb, ömürlük..."

"Nikosayağı" haqda: "Çox ağır cəzalanıb, ömürlük..."

"Eşidəndən özümə gələ bilmirəm. Şəxsi tanışlığım olmasa da bir azərbaycanlı balasının pis günü olmasın. Hamının həyatda səhvi olur. Heç kim günahsız deyil. Allah səni körpə balana bağışlayıb. Allah qəzada ölən,ömrü nakam qalan oğlana da rəhmət eyləsin. İndi onun anası nə çəkir Allah".

OLAY yazır ki, bu sözləri şairə Nazilə Səfərli ağır qəza keçirən "Nikosayağı" ləqəbli bloger Niçat Şakirli ilə bağlı paylaşımında yazıb. 

"Heyf. Kaş deməyimiz gec olsa da, kaş heç olmayaydı. Sükan arxasında olanlar içi mən qarışıq çox diqqətli olmalıyıq. Bizim səhvimizdən özümüzün və başqalarının çırağı sönməsin. Sərt ittiham edənlərə də sözüm budur ki, ağır cəza almışları danlamazlar! Məhkəməsiz, sorğusuz da Niko çox ağır cəzalanıb. Ömürlük vicdan yarası var. Nikonun atasının yerinə siz də ola bilərdiniz. Bu hadisədən hamı dərs alıb məncə" - deyə şairə bildirib.