Tanınmış şairə Cığatel İsaqızının 10 yaşlı nəvəsi vəfat edib.
OLAY yazır ki, bu barədə şairə Nazilə Səfərli məlumat verib.
“Çox pis xəbər oldu, Cığatel İsaqızının oğlu ailəsi ilə Salyan istiqamətində istirahatə gedərkən maşının təkərində nasazlıq yaranıb. Təkəri dəyişmək məqsədi ilə maşını yolun kənarına çəkiblər. Həmin an hərəkətdə olan digər avtomobil bu maşına çırpılır. Çigatelin 10 yaşlı oğul nəvəsi həlak olub. Oğlunun isə ayaqları sınıb. Zəng etdim səsinə dayana bilmədim. Cığatelə çox ağır itki oldu. Allah rəhmət eləsin. Allah səbr versin" - deyə N.Səfərli "İnstagram" hesabında yazıb.