Olay
Olay

Xalq artistinin həyat yoldaşı məhkəməyə müraciət etdi - 360 minlik təzminat

Xalq artistinin həyat yoldaşı məhkəməyə müraciət etdi -  360 minlik təzminat

Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, Rusiyanın Xalq artisti Anna Netrebko Metropolitan Operası ilə bağlı məhkəməyə müraciət edib.

OLAY yazır ki, buna səbəb baş tutmayan çıxışlar və məşqlərdir. Anna Netrebko 360 min dollar təzminat istəyib. 

Opera müğənnisi teatrı böhtan atmaqda, müqaviləyə əməl etməməkdə və truppadan qovulması ilə bağlı digər qanun pozuntularında ittiham edib.

İddia avqustun 4-də Nyu-Yorkda qaldırılıb. Orada deyilir ki, teatr rəhbərliyi sənətçi ilə əməkdaşlığı dayandıraraq, onun 2024 və 2025-ci illər üçün nəzərdə tutulan tamaşalarını ləğv etməklə ona milli zəmində ayrı-seçkilik edib. 

Netrebkonun sözlərinə görə, Metropolitan Operasının səhnəsindən uzaqlaşdırılması ona əhəmiyyətli mənəvi ziyan vurub, depressiya, alçaldıcı və utanc hissləri, gərginlik və narahatlıqdan ibarət  sıxıntıya səbəb olub.