Olay
Olay

"İki nəfər münasibəti davam etdirmirsə..."

"İki nəfər münasibəti davam etdirmirsə..."

“Mən heç kimlə küsülü və davalı deyiləm. Problemim də yoxdur. İki nəfər münasibəti davam etdirmirsə, bu, hansısa tərəfi pis insan etmir. Çox yaxşı insan ola bilərlər, amma bir-biri ilə yola getmirlər”.

OLAY yazır ki, bu sözləri bloger Elmira Namazova “İnstagram”da izləyicisinin sualını cavablayan zaman yazıb. 

O, sözlərinin dostluq, sevgili və ailə üçün də keçərli olduğunu bildirib: “Sadəcə zamanla fikirlərimizin uyuşmadığı, bir-birimizin sözlərini səhv anladığımız insanlar ola bilər.  Onda da mədənicə sağollaşıb, məsafə saxlayırıq. Amma haradasa görəndə də salamlaşırıq. Lazım gəlsə, dəstək olmağa da hazırıq”.