Olay
Olay

“Mehriban Əliyeva məni evinə çay içməyə dəvət etmişdi”

“Mehriban Əliyeva məni evinə çay içməyə dəvət etmişdi”

“Heydər Əliyevlə tanış olmaq şansım olmayıb. Azərbaycanın ulu öndərini onun 100-cü ilində sayqı ilə anıram".

OLAY yazır ki, bu sözləri türkiyəli aktrisa Türkan Şoray "ATV səhər" verilişində ümummilli lider Heydər Əliyev haqqında danışarkən deyib:

"Heydər Əliyev Türkiyə və Azərbaycan arasındakı sənət aləminin mehribanlaşması, türk ifaçıların ölkənizdə tanınması üçün çalışdı. Dilimiz, türkülərimiz, adətlərimiz eynidir”.

"Birinci xanım Mehriban Əliyeva məni evinə çay içməyə dəvət edib. Azərbaycanda gözəl xatirələrim olub" - deyə türk kinosunun sultanı əlavə edib.

O, 2012-ci ilə baş tutan görüşü belə xatırlayıb:

"Ona bir kitab hədiyyə etdim. Hətta kitabı Azərbaycan dilinə tərcümə etdirmək təklifini verdi. Çox gözəl xatirələrim var. Azərbaycana müxtəlif illərdə üç dəfə gəlmişəm. Yenə gəlmək istəyirəm”.