Olay
Olay

Aysel şikayət etdi: "Təmiz hava alacam deyə, 150 manat ödəməliyəm?"

Aysel şikayət etdi: "Təmiz hava alacam deyə, 150 manat ödəməliyəm?"

“Yaylağa 1 nəfər də, 7 nəfər də çıxmaq istəsə 150 manat pul ödəməlidir. Dedik ki, uşaqlar var. Onlara da pul alırsınız? Bildirdilər ki, maşını işə salmaq 150 manatdır. Normal maşınla da getmək olmaz. 10 manata maşınların olduğunu da dedilər. Lakin onunla yaylağa qalxmaq üçün insanların yığılmasını gözləmək lazımdır. Həm də həmin maşınlar şəlaləyə qədər aparır. Bizə də 150 manat sərf etmədiyi üçün, yaylaq sevincimiz ürəyimizdə qaldı".

OLAY yazır ki, bu sözləri tanınmış bloger Aysel Şükür Şəkidə Xan yaylağına qalxmaq üçün ondan tələb olunan məbləğdən narazılığını dilə gətirərkən deyib. 

"Həvəslənmişdim ki, yaylaqda video çəkəcəyəm. O da alınmadı. Yəni 150 manat verib yaylağa qalxan varmı? İnanmıram. Çay içməyə, yemək yeməyə də yer yoxdur orada. Deyiləsi sözüm çoxdur, amma kimə deyim? Onsuz da veclərinə deyil. Davam edirlər. Heç mənim Şəkiyə gəldiyimdən 150 manat xərcim çıxmayıb. Bir dənə yaylaqda təmiz hava udacam deyə o qədər pulu verməliyəm. Orda da uşaqalarım dalınca qaçacam ki, yıxılmasınlar. 5-10 manatı anlayaram, amma 150 manat… Yəqin problem məndədir”- deyə Aysel Şükür bildirib.