Olay
Olay

“Müğənnilərin 70 faizdən çoxu kredit ödəyir”

“Müğənnilərin 70 faizdən çoxu kredit ödəyir”

“Kim nəyə əsəbləşirsə, kimdən küsürsə, acığını müğənnidən çıxır. Fikirləşən yoxdur ki, müğənni bir evi, maşını uzun illərdən sonra alıb. Bu gün müğənnilərin 70 faizdən çoxu kredit ödəyir. Hətta elələri var ki, evlərinin kreditini, yaxud da borcunu verir”.

OLAY yazır ki, bu sözləri “Günün sədası” proqramında müğənni İzzət Bağırov deyib.

O, həmkarlarından borclarından danışaraq, özünün də bir vaxt kreditinin olduğunu söyləyib:

“Mən İzzət olaraq bu vaxta qədər nəsə danışmamışamsa, deməli, danışmayacam. Danışmaq lazım olsa, danışardım. Məni istəməyənləri sevindirməyəcəm, Haqsızılığın biri bir qəpikdir. Hər zaman deyirəm ki, haqsızlığa cavab verməyəcəm. Onlar bilmir ki, niyə cavab vermirəm. Əksinə mənim haqqıma girməklə yaxşılıq edir. 45 yaşım var, uşaq deyiləm, 3 oğul atasıyam. Həm də 1991-ci ildən, hələ uşaq ikən meydanda idim”.