Olay
Olay

Məhkəmənin qərarı bəlli oldu

Məhkəmənin qərarı bəlli oldu

Massaçusets məhkəməsi 12 yaşlı qıza qarşı zorakılıq və onun ailəsinin digər üzvlərini təqib etməkdə ittiham olunan aktyor Ezra Millerlə bağlı məhkəmə qərar verib. 

OLAY yazır ki, məhkəmə altyora qarşı müvəqqəti mühafizə qərarını ləğv edib. 

Bu barədə aktyorun özü sosial şəbəkədə məlumat verib.

O, yanında qalanlara təşəkkür edərək rəsmi açıqlama yayıb. 

Aktyor məhkəmə qərarının onu ruhlandırdığını yazıb və müdafiə ilə bağlı verilən qərarlardan açıq-aşkar sui-istifadəyə qarşı çıxıb.

Ezra qeyd edib ki, mühafizə orderinin verilməsində məqsəd təhlükədə olan insanların təhlükəsizliyini təmin etmək olmalıdır. Onun fikrincə, bunu diqqət, keçici şöhrət və ya şəxsi qisas almaq istəyənlər üçün silaha çevirmək olmaz.