Olay
Olay

“Ərdoğanın sevdiyi nəğmələri oxuduq”

“Ərdoğanın sevdiyi nəğmələri oxuduq”

Əməkdar artist Lalə Məmmədova Azərbaycan və Türkiyə Prezidentlərininin qarşısında çıxışı barədə açıqlama verib. 

Məşhur müğənni OLAY-a açıqlamasında Rəcəb Tayyib Ərdoğanın şərəfinə təşkil olunan gecədə onun sevdiyi mahnıların səsləndirildiyini bildirib:

“Onların bizim konsertimizə münasibətləri yaxınlaşıb təbrik etmələri milyonlara dəyər. Heç bir şeylə ölçülə bilməz. Həm biz qonağımızı sevərək qarşıladıq, həm də onun sevdiyi nəğmələri oxuduq. Konserti təşkil edən insanlar var olsun. Hərəmiz öz işinizlə məşğuluq. Bizi bir araya gətirib, hər mahnının ifaçısının doğru seçilməsi də bir zəhmətdir, böyük istedaddır”.

Estetiklə dəyişimi ilə diqqət çəkən Məmmədova söyləyib ki, özünü belə rahat hiss edir:

“Yəqin ki səhnə olmasa, bu qədər dəyişikliyə getməzdim. Çox dəyişim istəmirəm. Yaxşı rəy yazanlar da olur, mənfilər də. Əsas odur özümü rahat hiss edirəm. Bunlar zamanı gəlmiş dəyişmlər idi. Olmalıydı”.

Sonda Məmmədova bir neçə ilə əvvəl müğənni Elnarə Xəlilova ilə yaşadığı qalmaqala münasibət bildirib:

“Yenə nə olub? Zaman hər şeyi öz yerinə qoyur. Artıq unutmuşam, hansı söz-söhbəti deyirsiz. Yadıma salmaq da istəmirəm. Əgər söz haqsız deyilirsə, zaman gələcək Allah hər şey öz yerinə qoyacaq. Haqqına deyilibsə, vaxtı gələndə səhvimizi başa düşərik. Onu biz bilə-bilmirik. Zaman hər şeyi göstərəcək”.

Qeyd edək ki, Elnarə bir müddət əvvəl "TRT" kanalında verilişə çıxan Əməkdar artist Lalə Məmmədovanın libasını tənqid etmişdi:

“Elnurun geyindirdiyi, yaratdığı Lalə Məmmədova obrazında dərin dekolte var idi. Bunu mən gördüm. "TRT" o dekolteni bağlatdırıb. Qara paltarı yaşıl parça ilə bağlamışdılar”.