Olay
Olay

Prezidentlərin qarşısında kimlər çıxış etdi?

Prezidentlərin qarşısında kimlər çıxış etdi?

Ötən gün Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və birinci xanım Əminə Ərdoğanın şərəfinə verilən dövlət ziyafəti zamanı maraqlı anlar yaşanıb.

OLAY yazır ki, gecədə bir çox sənətçimiz səhnə alıb. Xalq artistləri Ənvər Sadıqov, Azərin, Samir Cəfərov, Azər Zeynalov, Əməkdar artistlər Lalə Məmmədova, Abbas Bağırov, Nigar Şabanova, Bəyimxanım Vəliyeva, İlkin Əhmədov, Ramil Qasımov, xanəndə Kamilə Nəbiyeva, müğənni Çinarə Məlikzadə və başqa musiqiçilər performans sərgiləyiblər. Onlar Azərbaycanın və Türkiyənin xalq mahnılarından və klassik musiqilərindən nümunələr səsləndirilib.

Gecənin sonunda Prezidentlər və xanımları sənətçilərlə görüşüb.