Olay
Olay

“Bundan qızlarımızı qorumaq üçün cavabdehik”

“Bundan qızlarımızı qorumaq üçün cavabdehik”

Xalq artisti Zülfiyyə Xanbabayeva növbəti dəfə qızı Dənizlə bağlı paylaşım edib.

OLAY yazır ki, sənətçi  qızların idmana yönləndirilməsi ilə bağlı sosial çarx  paylaşıb. Xanbabayeva qızların erkən yaşda məcburən evləndirilməsi məsələsinə də toxunub:

“Dənizimin artıq 15 yaşı var. Qızım təhsilini davam etdirmək, sevdiyi peşə sahibi olmaq, öz ayaqları üstündə möhkəm durmaq kimi xəyallar qurur. Mən isə öz növbəmdə bu arzuların bir gün Dənizin reallığı olması üçün ona dayaq olmağa çalışıram. Qızların hələ də erkən evliliyə məruz qalmaları məndə böyük təəssüf hissi doğurur. Bir gəncin uşaqlığına son qoymaq, xəyallarının üzərində xətt çəkmək yolverilməzdir, bundan qızlarımızı qorumaq üçün cəmiyyət olaraq cavabdehik və hər birimiz məsuliyyət daşıyırıq. 

Övladlarımızın gələcəyi bizdən asılıdır, uşaqlıqdan onlara aşıladığımız dəyərlərin əhəmiyyətini dərk etməliyik, onları düzgün yönləndirməli, həyata həvəsləndirməliyik. Bu yöndə sosial kampaniyalar həqiqətən təqdirə layiqdir. Fərq yaradaq, qızlarımızda idmana olan sevgini dəstəkləyək!”.