Olay
Olay

Özgü Namal ekranlara geri dönür!

Özgü Namal ekranlara geri dönür!

“Kurtlar Vadisi”nin Elifi olaraq məşhurlaşan aktrisa Özgü Namal ekranlara qayıdır.

OLAY yazır ki, həyat yoldaşının ani vəfatı ilə sarsıntı yaşayan sənətçi 10 ildir heç bir layihəyə çəkilmirdi. Bildirilir ki, ötən həftəsonu sənətçi “Gold Film”in rəhbəri Faruk Turqutla görüşərək razılaşıb. Onun yeni layihəsinin ilkin adı “Kızıl qoncalar”dır. Serialın ssenarisini daha öncə “Vatanım sensin”, “Atatürk”, “Kulüp” seriallarına imza atan Necati Şahin yazacaq.

Qeyd edək ki, Namal həyat yoldaşı Serdar Oralı 2020-ci ildə ürək tutması səbəbilə itirib. Bu səbəblə Özgü övladları ilə birgə yenidən İstanbula köçüb.