Olay
Olay

Samirin ona xəyanət etdiyini demişdi, indi isə...

Samirin ona xəyanət etdiyini demişdi, indi isə...

Stilist Samiraldo bir zamanlar xəyanətə uğradığını iddia etdiyi dostu Samir Bağırovla barışıb.

OLAY yazır ki, o, müğənninin səhnədən videosunu paylaşaraq “Böyük məktəb. İndiki tarakanlar bunu bilməz” sözlərini yazıb.

Qeyd edək ki, Samiraldo 6 il öncə Bağırovla dostluğunun bitdiyini bildirmişdi. O, keçmiş dostu barədə söylədiyi sərt fikirlərlə yadda qalmışdı:

“İstəməzdim ki, bu barədə danışam. İndi mənim həmin insanla əlaqəm də yoxdur. Hazırda tamam başqa bir aləmdəyəm. Bilirsiniz, “ölmüş” insanı diriltmək lazım deyil. Artıq bu insan “ölüb”. Nə qədər oyanmaq istəsə də, alınmır. Samirdən uzaqlaşandan sonra yolum açıldı. Çünki içimdə olan bütün qüvvəni ona vermişdim. Mən gördüm ki, bu insan oyanmaq istəmir. Bu adamı yorğan-döşəkdən çıxarıb, tədbirə, studiyaya aparırdım. Məni tanıyanlar bilir ki, onun üçün nə əziyyətlərdən keçmişəm. Sonra oturub düşündüm ki, bu mənim nəyimə lazımdır? Mən yaxşılıq edirəm, bu mənim telefonlarıma cavab vermir.  Bu insana həqiqi mənada dost demək olardı. Dostluqda o mənə qarşı xəyanət etdi”.