Olay
Olay

“Netflix”in yeni serialında Bakıdan danışıldı

“Netflix”in yeni serialında Bakıdan danışıldı

Mayın 25-də “Netflix” döyüş filmi ulduzu Arnold Şvarzeneggerin rol aldığı “Fubar” teleserialının premyerasını edib. 

OLAY yazır ki, ekran işinin 7-ci bölümündə Azərbaycandan danışılıb. Belə ki, Luk Branner rolunu canlandıran Arnold Bakı ilə bağlı tapşırıq alır. Səhnəcikdə qeyd olunur ki, ssenariyə görə, uydurma Sardoviya ölkəsi ilə Azərbaycanın münasibətləri yaxşıdır.

Tapşırığa əsasən, Luk ABŞ-nin müttəfiqi olduğu üçün bu məsələlərdə onlara kömək edəcək.