Olay
Olay

“Həqiqətləri yalnız mən deyə bilərəm”

“Həqiqətləri yalnız mən deyə bilərəm”

Əməkdar artist Mətanət İsgəndərli oğlu Kərimin nişanlanması xəbərlərinə münasibət bildirib.

OLAY yazır ki, bu barədə o, “10-da görüşək” verilişində danışıb. Müğənni deyib ki, xoş xəbərləri yalnız özü verə bilər:

“Həqiqətləri ancaq mən deyə bilərəm. O da lazım bilsəm. Bu fotolar hələ nəsə demək deyil. Yəni mən xəbər verəcəm. O qədər eyni adda adamlar var ki... Bir odur? Bu bir təsadüfdür. Məsələn, bacımın qızının evində də nişan olub”.

Qeyd edək ki, bu gün M. İsgəndərlinin oğlu Kərimin ikinci dəfə evliliyə hazırlaşması barədə onun eks-gəlini Canana məlumat yayıb. O, bir neçə foto paylaşaraq sənətçinin oğlu üçün elçi getdiyini iddia edib. Fotolardakı tortun üzərində “Qızınız Ayseli oğlumuz Kərimə istəməyə gəlmişik” sözləri yazılıb.