Olay
Olay

Sılanın konsertində azərbaycanlı Sıla

Sılanın konsertində azərbaycanlı Sıla

Türkiyənin məşhur müğənnisi Sıla Azərbaycanda konsert verib. 

OLAY yazır ki, Bakı Konqres Mərkəzində çıxış edən sənətçi sevilən mahnılarını səsləndirib.

Onun konserti həm də maraqlı anlarla yadda qalıb. Belə ki, tədbir zamanı Sıla adını daşıyan azyaşlı səhnəyə çıxıb və müğənniyə öz oyuncağını hədiyyə edib. İfaçı qızcığazla adaş olmağını təəccüblə qarşılayıb və ilk dəfədir belə bir hadisə yaşadığını qeyd edib.

Daha sonra Sılaya üstündə adı yazılan qolbaq bağışlanıb.