Müğənni Roza Zərgərli səhhətində yaranmış problem barədə paylaşım edib.
OLAY yazır ki, sənətçinin sözlərinə görə, mayın 7-i qatıldığı “Bakı marafonu 2023”ün konsertindən sonra xəstəxanalıq olub.
İfaçı “Nə biləydim ki, konsert bitən kimi 21 gün xəstəxanada həyat mücadiləsi olacaq? Allahım yenə qurtardı məni. 2-ci ad günüm mübarək” – sözlərini qeyd edib.
Müğənninin köməkçisinin OLAY-a verdiyi məlumata görə, R.Zərgərli sözügedən tədbirdən 1 həftə əvvəl apendisit əməliyyatı keçirib:
“Sağalandan sonra marafona qatıldı və orada halı pisləşdi. Hətta vəziyyət o qədər pis idi ki, təcili tibbi yardımla xəstəxanaya çatdırdıq. Orada məlum oldu ki, pnevmaniya keçirir və qan zəhərlənib. 3 həftə xəstəxanada müalicə aldı. Ölümdən qayıtdı. Buna baxmayaraq, yaşadığı hadisələr haqda sosial şəbəkələrdə məlumat yayılmasını istəmədi. İndi şükür, sağlamdır və vəziyyəti yaxşıdır”.