Olay
Olay

Gövhər Həsənzadə o türk ulduzla işləyəcək

Gövhər Həsənzadə o türk ulduzla işləyəcək

Əməkdar artist Gövhər Həsənzadə Türkiyənin ustad müğənnisi Nilüferə mahnı yazıb.

Bu barədə OLAY-a açıqlama verən sənətçi bildirib ki, artıq danışıqlar aparılıb və bəstə hazırdır. Bundan əlavə, Həsənzadə İradə İbrahimova və digər türk məşhurlarla əməkdaşlıqlarından söhbət açıb:

“O qədər utanıram ki, hər dəfə “Nə oldu? Bəs İradə İbrahimova ilə iş birliyiniz var idi” - sualını verirlər. Yeni planlarımız var. Qollarımızı çırmalayıb layihə təqdim edəcəyik. Bundan başqa, müğənni Nilüferlə iş birliyimiz var. “Tual” qrupunun solisti Sezi Çeşitllə 2 ilə yaxındır birlikdə çalışdığımız mahnı işıq üzü görəcək. Daha sonra tarixi seriallarda rol alan Kaan Yalçın və müğənni Serhat Canla da mahnı üzərində çalışmışıq. Hamısı sevənlərimizə təqdim olunacaq”.

Video: Soltan İbrahim