Olay
Olay

“Hiss səhnə müğənnisi deyil” – Sərt sözlər

“Hiss səhnə müğənnisi deyil” – Sərt sözlər

Müğənni-aparıcı Mehin Hümbətova və rəqqasə Rəna Ağamuradova (Renka) müğənni Hissi tənqid ediblər.

OLAY yazır ki, bu barədə onlar “7 özəl” verilişində danışıblar. Əvvəlcə Renka Hisslə Səmra Rəhimlinin “Formula 1”dəki çıxışlarını müqayisə edib:

“Heç kimin xətrinə dəymək istəmirəm. Hisslə Səmranın “Formula 1”dəki çıxışılarından danışaq. Hissi qeyri-adi olmağına, davranışına görə sevdilər. Onu orada rəqqaslarla, hip-hopla, ritmlə səhnəyə çıxardılar. Mən onu elə görmək istəmirdim. İstəyirdim ki, tərsinə olsun, şou etsin, lakin nəsə maraqlı bir şey hazırlasın. Başqa rəqslər olardı. Belə yox. Çünki o Hiss deyildi. Onun mahnıları kölgədə qaldı. Rəqqaslar gümüşü və çəhrayı rəngdə geyinməsəydilər”.

Hümbətova isə Hiss haqda olduqca sərt danışıb. O bildirib ki, Hiss F1 səhnəsində olmamalıydı: 

“Mən də bu mövzuya fikir bildirmək istəyirəm. Məncə, Hiss o səhnədə olmamalı idi. Olsa da, elə çıxmamalıydı. Çünki Səmra öz sözünü dedi, özünü təsdiqlədi. Hər ikisinin də rəqqasları rəngarəng geyinmişdilər. Sanki Hiss rəqqasların kölgəsində qaldı. Mənə elə gəlir ki, geyimlərin rəngi ikinci dərəcəli mövzudur. Əgər Hiss Səmra qədər performansına fikir versəydi, rəqs etməyə cəhd etsəydi, orada geyimlərin rəngi, qısalığı arxa planda qalacaqdı. Mən deyərdim ki, Hiss səhnə müğənnisi deyil. Studiya müğənnisidir. Ona görə özünü radioda, kliplərdə təqdim etməlidir. Böyük səhnədə aura və enerjisi kifayət etmir. Səhnədə ən çox performans göstərən ifaçılardan biri Səmradır. Vurğuladın ki, hər ifaçı şou göstərə bilməz. Əlbəttə doğrudur. Məsələn, xanəndənin rəqs şousu göstərməyi gülünc görünərdi. 

Əgər müğənni R&B, pop, hip-hop janrında ifa edirsə, mütləq zaman-zaman da olsa, səhnədə şou göstərmək məcburiyyətindədir. Ən azından tamaşaçıların qarşısında. Səmra bunu edir. Düşünürəm ki, Səmra tərzində xanım ifaçıların kütləsi Azərbaycanda tam formalaşmayıb. Ona görə də irəli getməkdə daha çox çətinlik çəkirlər. Digər bəzi ifaçılar daha çox yazıqlığa vuraraq insanların sevgisini qazanmağa çalışırlar. Daha çox geyimi, mahnıları və performansı ilə gündəmə gələn ifaçı Səmradır. Lakin hələ onun publikası Azərbaycanda tam yetişməyib. Tez-tez belə çıxışlar etdikcə, kütlələri formalaşacaq”. 

Renka isə Hissin həmin səhnədə rəqs etməməli olduğunu bildirib:

“Hiss heç oynamamalı idi. Onu qarşısında  sadəcə bir mikrofon olsaydı... Səmra mənim favoritimdir”.