Olay
Olay

“İndi bir məmurun qapısına yaxın düşmək olmur”

“İndi bir məmurun qapısına yaxın düşmək olmur”

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 18 il keçir.

OLAY yazır ki, sosial şəbəkə istifadəçiləri ümummilli liderlə bağlı paylaşım edərək onu anıblar. Sənət aləminin tanınan simaları da H. Əliyevi yad edib. 

Xalq artisti Brilliant Dadaşova instaqramda paylaşıb edərək bu sözləri yazıb:

“Bizə bu qısa həyat meyarında ümid verən atalarımızı ömrümüzün sonunadək unutmayacağıq. Heydər Əliyev qayıdışı ilə ümidlərimizi yenidən bərpa etdi. Qapılar üzümüzə açıldı. Heydər ata, heyif ki, yoxsan. İndi bir məmurun qapısına düşmək olmur. Heç telefonlarımıza cavab verməyi özlərinə yaraşdırmırlar. Bəlkə də şəxsi mədəniyyəti, musiqi savadı olmayan təsadüfi insanların səhnələrdə tüğyan etdiyi dövrdə yaşadığımız üçün əsl incəsənətə qulluq edənlər də bu cür hörmətsiz, urvatsız vəziyyətə gəlib çıxdılar. Yalnız onu bilirəm ki, qəlbimizdə daim yaşayacaqsan, Heydər ata”.