Olay
Olay

Səmra yenidən Avroviziyaya gedəcək?

Səmra yenidən Avroviziyaya gedəcək?

Avroviziya təmsilçimiz Səmra Rəhimlinin yenidən sözügedən müsabiqədə iştirak etməsi üçün kampaniya başladılıb. 

OLAY yazır ki, bununla bağlı jurnalist Elvin Elxan status paylaşıb. 

Onun postuna bir çox sosial şəbəkə istifadəçisi dəstək verib.

Şou nümayəndələrindən, influenserlərdən də paylaşımı “repost” edərək Səmranın növbəti il Avroviziyada iştirakını istədiklərini dilə gətirənlər olub.

Əksəriyyət düşünür ki, S. Rəhimli bu dəfəki çıxışı ilə ölkəmiz üçün uğurlu nəticə əldə edə bilər. 

Qeyd edək ki, 28 yaşındakı sənətçi Azərbaycanı Stolkholm şəhərində keçirilən 61-ci Avroviziya Mahnı Müsabiqəsində “Miracle” mahnısı ilə təmsil etmiş, 17-ci yeri qazanmışdı.