Bu ilin may ayında avtomobil qızasında dünyasını dəyişən müğənni Aslan Hüseynovun atası Tofiq Hüseynov "Elgizlə izlə" verilişinə danışıb.
OLAY yazır ki, sözügedən proqramın komandası mərhum sənətçinin evində olub. A. Hüseynovun atası oğlu ilə bağlı danışarkən göz yaşlarını saxlaya bilməyib:
“Aslan mənim ikinci övladımdı. İki oğlum, iki qızım var. Aslanın adını mən qoydum. Atamın adı idi. Evdə həmişə mahnılar oxuyurdu. Bir də dedi ki, gedirəm Bakıya. Getdi, özü-özünü saxladı, oxumağa başladı. Ali təhsil aldı".
Atası söyləyib ki, əvvəlcə oğlunun ölümünü ona deməyiblər:
“Sonuncu dəfə Gəncəyə gedəndə dedim, Aslan getmə. Dedi ki, yaxşı, ata, getməyəcəm. Gecə xəbərsiz gedib, bilməmişəm. Sonra dedilər ki, Aslan qəzaya düşüb, amma öldüyünü bildirmədilər. Dedim, bəs Aslan zəng etmədi axı, haradadır? Digər oğlum, dedi ki, Aslanı torpağa tapşırdıq”.