Əməkdar artist, kinorejissor, aktyor Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır.
Bu barədə APA-ya kinorejissorun qızı deyib. O, atasının səhhətinin ağır olduğunu vurğulayıb.
Mədəniyyət Nazirliyinin Mətbuat xidmətindən OLAY-a bildirilib ki, Elxan Qasımov özəl xəstəxanaların birində müalicə alır.
“Dünən Nazirliyin rəsmi nümayəndəsi xəstəxanada aktyora baş çəkib, sağlamlığı ilə maraqlanıb. Bu gün də aktyorun qızı ilə telefon əlaqəsi saxlanılıb, xəstənin vəziyyəti ilə maraqlanıb”, - məlumatda deyilir.
Bildirilib ki, tanınmış kinorejissor, aktyor Elxan Qasımovun səhhəti Mədəniyyət Nazirliyinin diqqətindədir.
Qeyd edək ki, E.Qasımov “Əhməd haradadır?” filmindəki Şofer Əhməd obrazı ilə məşhurlaşıb.