Olay
Olay

“Heydər Əliyev Putinə dedi ki, gələn dəfə Aygünü tanımayacaqsan”

“Heydər Əliyev Putinə dedi ki, gələn dəfə Aygünü tanımayacaqsan”

Xalq artisti Aygün Kazımova Ulu Öndər Heydər Əliyevlə bağlı xatirəsini bölüşüb.

OLAY yazır ki, sənətçi bu barədə Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramında danışıb.

Kazımova Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı baş verən hadisəni belə nəql edib:

“Möhtəşəm bir konsert hazırlanmışdı. İlk dəfə Putin gəlirdi. Mədəniyyətimizin gözləri iştirak edirdi, Mən də çıqqılı qız kimi çıxış etdim. O zaman mədəniyyət nazirimiz Polad Bülbüloğlu idi. Konsert bitdi. Mənimki də yaddaqalan çıxışlardan biri oldu. İki mahnı oxudum: Azərbaycan və rus dilində. Gözləyirdim ki, nə zaman görüş sırası mənə çatacaq. Bilirdim ki, nəsə baş verəcək. Yaxınlaşdılar, Ulu Öndər Putinə dedi ki, onu görürsən? Cavab verdi ki, hə, çıxışı yaxşı idi. Heydər Əliyev dedi ki, onu demirəm. Gələn dəfə onu tanımayacaqsan. Putin ciddi fikrə getdi ki, agentdir? Nə məsələdir? Adını, soyadını da dəyişəcək? Ulu Öndər də dedi ki, iş orasıdır ki, hər dəfə səhnəyə çıxanda onu tanımıram.

Həmişə ilk səhnəyə çıxanda hamımızın fikri, çıxışın bəyənilməsi, Heydər Əliyevin reaksiyası idi. Bizim üçün ondan yüksək reaksiya yoxdu. Çıxırdıq səhnəyə, çalışırdım ilk onun baxışına baxım ki, tanıdı? Görürdüm tanıdı, baxışı dəyişdi. Konsert başlayırdı”.