Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Bakı marafonu 2023”ə start verilib.
OLAY yazır ki, marafonda bir çox məşhur sima iştirak edib.
Xalq artistləri Aygün Kazımova, Murad Dadaşov, müğənnilər Murad Arif, Samir Cavadzadə, Günay İbrahimli, Sevil və Sevinc Səfərovalar, Sevda Yahyayeva, aparıcılar Zaur və Günay Baxşəliyevlər, Kamilə Babayeva yarışdan görüntüləri instaqramda paylaşıblar.
Marafonun açılışını A. Kazımova edib, həmçinin Murad Arif və Ramil Nabran tədbirdə səhnə alıblar.