Olay
Olay

Azərbaycanlı repçiyə ağır itki

Azərbaycanlı repçiyə ağır itki

Əslən azərbaycanlı olan Rusiyanın məşhur repçisi HammAlinin (Alexander Aliyev) ailəsində itki olub.  

OLAY yazır ki, məşhur simanın xalası vəfat edib.  Bu barədə o, instagramda məlumat yayıb:

“Mən ən çox sevdiyim xalamı itirmişəm. Mina xala, mən sənin üçün darıxacağam”. 

HammAli qeyd edir ki, Bakıya gələndə ilk növbədə xalasına baş çəkib: “Biz sizinlə birlikdə uşaqlığımın bir hissəsini necə keçirdiyimi həmişə xatırladıq. Həmişə uşaq kimi bizim görüşlərimizdən həzz alır, zarafat edir, yüksək səslə gülür və ləzzətli çay dəmləyirdiniz”.

Reper xalasının bütün tələbələrinə onun haqqında fəxrlə danışdığını xatırlayır: “Mənimlə necə fəxr etdiyinizi gördüm. Siz şəkil çəkdirməyi və birgə fotolarımızı sərgiləməyi çox sevirdiniz. Mən səni həmişə xatırlayacağam və sevəcəyəm və heç vaxt unutmayacağam”.

Musiqiçi itki ilə barışmağın çətin olduğunu vurğulayaraq sevimli xalasının indi cənnətdə olduğuna, ruhunun rahatlıq tapacağına ümid etdiyini bildirib.