Olay
Olay

“Kadir atamla anamdan mənə daha yaxındır”

“Kadir atamla anamdan mənə daha yaxındır”

Neslihan Atagüllə Kadir Doğulu Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində tələbələrlə görüş keçirib.

Aktyorlar tədbirdə iştirak edən media nümayəndələrinin suallarını da cavablandırıb. Son günlər xəyanət iddiası və boşanma xəbərlərinə müxbir Aysel Xıdırovanın sualından sonra reaksiya verib.

OLAY sözügedən anların görüntüsünü əldə edib. Atagül anasının “Neslihan boşanacaq” açıqlamasına da eyham vuraraq bunları söyləyib:

“Ayrılıb-ayrılmadığımız maraqlıdır? Hazırda niyə gördüyünüzə inanmırsınız? Ən qorxduğunuz anları düşünün, heç kimlə paylaşa bilmirsiniz. ELə vaxt olur ki, ananız – sizi doğan da sizi anlamır. Mənim anam elədir, yeri gələndə məni başa düşmür. Mən davamlı olaraq özümü anlatmağa çalışıram. Ancaq mənə anamdan daha yaxın biri var bu həyatda, atamdan daha çox yaxın biri var bu həyatda – həyat yoldaşım Kadir. Lakin həyat yoldaşım olmadan öncə insandır. Hazırda bu yaxınlığı onunla təcrübə edirəm.

Biz nə olursa-olsun, bir-birimizi günahlandırmadan öncə oturub gözlərimizin içinə baxıb, nə varsa – nöqsanlarımızı, səlahiyyətlərimizi müzakirə edirik. Bunu anamla, qardaşımla, çox yaxın dostlarımla edə bilmirəm, amma Kadirlə edirəm”.

Kadir Doğulu isə özünü belə müdafiə edib:

“Bir yastığa baş qoymaqla olmur. 50 il bir yastığa baş qoyub, bir-birini tanımayan cütlüklər var. Məni çox yaxşı tanıyır, nə etdiyimi yaxşı bilir. Onu çox yaxşı tanıdığıma ümid edirəm, o da ümid edir. Nə etdiyimi çox yaxşı bilirəm, nə etməyə çalışdığımı da çox yaxşı bilirəm. Ürəyimizə nəzarət edirik. Sevirəm, güvənirəm, əminəm!”.