Olay
Olay

“10 dəfə salam verirəm, birini götürmür”

“10 dəfə salam verirəm, birini götürmür”

Uzun müddətdir ki, ağır xəstəlikdən əziyyət çəkən meyxanaçı Kərim Novruzovdan (Ağakərim) xəbər var.

Bu barədə OLAY-a sənətçinin yaxın dostu, həmkarı Ağamirzə Məmmədov məlumat verib.

O bildirib ki, söz utsasının səhhətində bir dəyişiklik yoxdur:

“Kərimin yanına gedirəm. Lakin 1 dəqiqədən artıq əyləşə bilmirəm. On dəfə salam verirəm, birini götürür, ya götürmür. Çox vaxt da cavab vermir. Ancaq gözümün içinə, ora-bura baxır. Nə əyləşə, nə danışa, nə də yeriyə bilir. Kərim də içində olmaqla Allah bütün xəstələrə şəfa versin”.

Nigar Namiq