Olay
Olay

Boşanma xəbərlərindən sonra Bakıya gəlirlər

Boşanma xəbərlərindən sonra Bakıya gəlirlər

Xəyanət iddialarından sonra ayrılacaqları düşünülən Kadir Doğulu və Neslihan Atagül cütlüyü Azərbaycana gəlir. 

OLAY yazır ki, bununla bağlı “Birkahvebingiybett” maqazin səhifəsi məlumat yayıb. 

Hava limanında kameralara tuş gələn məşhurların axşam saatlarında İstanbuldan Bakıya yolda düşdüyü bildirilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Kadirin başqa xanımla səmimi görüntüləri yayılıb, həmçinin onun Neslihana digər bir qadınla da xəyanət etdiyi söylənilib.
Bu söz-söhbətlərdən sonra Atagülün Doğuludan ayrılacağı düşünülürdü. Hətta Neslihanın anasının da qızının Kadirdən ayrılacağını dediyi iddia olunmuşdu.