Olay
Olay

Əvvəl Miri Yusif, Röya, sonra Funda...

Əvvəl Miri Yusif, Röya, sonra Funda...

Bu dəfə bilmədiyiniz hansısa maraqlı faktdan yazmırıq.

Bəlkə aranızda bilməyənləriniz ola bilər, onlar da məlumatlanar. Yenə də siz bunu kiçik və xoş xatırlatma kimi qəbul edin. Həm oxuyun, həm dinləyin, həm də zövq alın.

Türk estradasının ən sevilən simalarından biri Funda Arardır. Səsi adamın ruhuna, ürəyinə qədər gedib çatır. Onun Azərbaycanda kifayət qədər dinləyicisi var. O da bizim ulduzların dinləyicisidir. Vaxtında Xalq artistlərimizin repertuarlarına müraciət edib.

OLAY yazır ki, Funda Xalq artisti Miri Yusifin 9 il əvvəl təqdim etdiyi, sözünün və musiqisinin özünə məxsus olduğu “Bağışla” mahnısını 2015-ci ildə səsləndirib.

O, bu ifasını ekranlaşdıraraq pərəstişkarlarına təqdim edib. Mahnının sözləri Azərbaycan dilindən türkcəyə uyğunlaşdırılıb.

Fundanın müğənnilərimizə rəğbəti bu mahnıyla yekunlaşmayıb. Arar Xalq artisti Röya Ayxanın 7 il öncə səsləndirdiyi “Doldur ürəyimi” mahnısını da ifa edib. Sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus bəstə də türkcəyə dəyişdirilib.

Fundanın oxuduğu versiyanın sözlərinə bəstəkar-müğənni Sinan Akçıl düzəliş edib. Sənətçi mahnıya Murat Joker rejissorluğu klip çəkdirib.