Əməkdar artist Dilarə Əliyeva həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyevin ölümündən sonra ilk verilişini çəkib.
OLAY yazır ki, bununla bağlı müğənnİ Elvin Abdullayev məlumat paylaşıb.
Hekayə bölməsində D. Əliyeva ilə fotolarını paylaşan Elvinin “Söhbət var” verilişinin studiyasında olduğu məlum olub.
Proqramın növbəti buraxılışı O. Əliyevə həsr olunub. Çəkilişləri bitsə də, həmin bölüm hələ yayıma getməyib.
Qeyd edək ki, bir ay əvvəl baş verən avtomobil qəzasında məşhur prodüser həlak olub. Xalq artisti Mehriban Zəki və D.Əliyeva isə yaralanıb.